Skip to main content
Glama

Wialon GPS — Claude üçün MCP

Claude-a Wialon GPS hesabınızdakı məlumatları yalnız oxumaq üçün çıxış verir. Claude heç nəyi dəyişə, silə və ya maşınlara əmr göndərə bilməz.

İstənilən Wialon serveri ilə işləyir: go.gps.az, gps.fms.az, hst-api.wialon.com və ya öz Wialon serveriniz.

Claude nəyi görə bilər

Alət

Nə verir

list_units

Maşınların indiki vəziyyəti: sürət, son mövqe, son siqnal, xəritə linki. Ad, qrup və "yalnız hərəkətdə olanlar" filtri var

list_groups

Maşın qrupları və qrupdakı maşınlar

unit_track

Bir maşının 7 günə qədər marşrutu, təxmini yürüşü və maksimal sürəti

unit_events

Wialon bildirişlərinin qeydə aldığı hadisələr: kəskin sürətlənmə/əyləc, sürət həddi, geozona giriş/çıxış və s.

unit_sensors

Maşının sensorlarının indiki dəyərləri: mühərrik, yanacaq, gərginlik və s.

list_reports

Hesabınızdakı hesabat şablonları

run_report

İstənilən şablonu maşın və ya qrup üçün işə salır: yürüş, səfərlər, dayanacaqlar, yanacaq, motosaat və s.

list_geofences

Geozonalar

list_drivers

Sürücülər və hazırda bağlı olduqları maşın

Yanacaq, yürüş və səfər rəqəmləri Wialon-dakı hesabat şablonlarınızdan gəlir. Şablonda olmayan məlumatı Claude da görməyəcək.

Related MCP server: garmin-mcp

Quraşdırma (Claude Desktop, proqramçı lazım deyil)

  1. Claude Desktop proqramını quraşdırın və daxil olun.

  2. wialon-mcp.mcpb faylını yükləyin və iki dəfə klikləyin.

  3. Install düyməsini basın və formada Wialon saytınızın ünvanını yazın, məsələn https://gps.fms.az. Token xanasını boş saxlayın.

  4. Claude-a yazın: "Hazırda hərəkətdə olan maşınlar hansılardır?"

  5. İlk dəfə brauzerdə Wialon giriş səhifəsi açılacaq. İstifadəçi adı və şifrənizlə daxil olub Authorize basın, sonra sualı Claude-a təkrar verin.

Bitdi. Giriş yadda qalır, növbəti dəfələr brauzer açılmayacaq.

Tövsiyə: Wialon-da yalnız baxış hüququ olan ayrıca istifadəçi yaradın və onunla daxil olun. Claude yalnız o istifadəçinin gördüyü maşınları görəcək.

Claude Code ilə (proqramçılar üçün)

npm install
claude mcp add wialon -e WIALON_HOST=https://gps.fms.az -e WIALON_TIMEZONE=Asia/Baku -- node /yol/wialon-mcp/src/index.js

Hazır token-iniz varsa, -e WIALON_TOKEN=... əlavə edin, o zaman brauzerlə giriş olmayacaq.

.mcpb faylını yenidən yığmaq

npm install
npx @anthropic-ai/mcpb pack . wialon-mcp.mcpb

Təhlükəsizlik

  • Server yalnız oxuma sorğuları göndərir və Wialon-da heç nəyi dəyişmir.

  • Şifrəniz yalnız Wialon-un öz səhifəsinə yazılır, Claude onu görmür.

  • Girişdən sonra alınan token yalnız sizin kompüterinizdə, istifadəçi qovluğunuzdakı .wialon-mcp/tokens.json faylında saxlanılır. Çıxmaq üçün bu faylı silin və ya token-i Wialon-da ləğv edin.

  • Məlumat birbaşa sizin kompüterinizdən Wialon serverinə gedir. Arada üçüncü server yoxdur.

  • Claude-un gördüyü məlumat sizin Claude hesabınızdakı söhbətə düşür. Buna görə şirkətinizin Claude istifadə qaydalarına əməl edin.

Tool Schema Changelog

Recent tool additions, removals, and schema changes observed during successful MCP inspections.

Loading tool schema changelog…

    Related MCP Connectors

    Related MCP Servers

    • A
      license
      A
      quality
      B
      maintenance
      Enables read-only access to vehicle data via the unofficial Rivian GraphQL API, allowing users to monitor battery levels, OTA updates, and charging status. It provides tools to check vehicle state and user account information directly through Claude.
      9
      99 npm
      4
      MIT
    • A
      license
      A
      quality
      C
      maintenance
      Enables Claude to access and query your Garmin Connect data, including sleep, activities, training load, and health metrics, through a set of read-only MCP tools.
      28
      154 PyPI
      6
      MIT
    • A
      license
      Not graded
      quality
      C
      maintenance
      Exposes the MyGeotab API as AI-callable tools, letting Claude query fleet data, device status, trips, tachograph files, fuel, diagnostics, faults, and driver information across multiple customer databases through natural language.
      MIT
    • A
      license
      A
      quality
      C
      maintenance
      Gives Claude Code read-only access to a WhatsApp account: listing and filtering chats, reading message history and notes, downloading received media, looking up chat links by phone number, and reading tags, custom fields, and chat/message statuses. It never sends messages or changes contacts, notes, fields, or flows.
      9
      MIT