Skip to main content
Glama

SaytLupa 🔍

Link yaz → saytı tanı → saytla danış → daha yaxşısını qur.

İstənilən saytın linkini verirsən; proqram onu hərtərəfli analiz edir, AI peşəkar hesabat yazır, saytın məzmunu ilə söhbət edə bilirsən (mənbə göstərməklə), və istəsən saytın müasir versiyasını qurdurursan.

AI Engineering kursunun aylıq layihəsi. Layihə haqqında ümumi məlumat: LAYIHE-HAQQINDA/UMUMI-MELUMAT.md · dizayn sənədi: docs/specs/ · gündəlik və qərarlar: LAYIHE-HAQQINDA/


İşə salma

git clone https://github.com/amilbexercin-tech/saytlupa.git
cd saytlupa
py -m venv .venv && .venv\Scripts\activate
pip install -r requirements.txt
copy .env.example .env          # açarları doldur (məcburi deyil)
uvicorn backend.main:app --reload

Brauzerdə: http://localhost:8000

Heç bir açar və ya xidmət olmasa da işləyir:

Yoxdursa

Nə olur

PostgreSQL

SQLite-a keçir (data/saytlupa.db)

Redis

yaddaşdaxili keşə keçir

Ollama / Gemma

re-ranking Gemini-yə keçir

API açarları

mock rejim — axın və interfeys görünür

Modellər: gemini-3.6-flash (mətn) · gemini-embedding-001 (embedding, 768 ölçüyə qısaldılır) · gemma3:4b (lokal ehtiyat). Ölçmələr: docs/model-secimi.md.

Related MCP server: Crawl4AI MCP

Təhvil düymələri

Analiz bitəndən sonra nəticə səhifəsində dörd düymə çıxır:

Düymə

Nə edir

Açar lazımdır?

⚡ Müasir versiyanı qur

Analizə əsasən yeni, təmiz tək fayllıq HTML yazır → storage/modern/

bəli (Claude və ya Gemini)

🧬 Tam klon üçün hazırla

ai-website-cloner üçün 5 araşdırma sənədi + hazır /clone-website əmri → storage/klon/

xeyr

📦 Səhifə arşivi

Ana səhifənin HTML + CSS + şəkilləri → storage/archives/ + ZIP

xeyr

📄 PDF hesabat

Bütün analiz bir faylda → storage/pdf/

xeyr

🔔 Bu saytı izlə

Saytı n8n cron-una qoşur; səhifə dəyişsə Telegram-a xəbər gedir

xeyr

Arşivdə xarici skriptlər saxlanılmır — arşiv açılanda heç bir izləyiciyə sorğu getmir. robots.txt icazə vermirsə arşiv qurulmur.

Testlər

pytest -q

Docker (xidmətlər)

RAM 7.8 GB olduğuna görə xidmətlər profillərə bölünüb — hamısını birdən qaldırmaq lazım deyil:

docker compose --profile core up -d    # PostgreSQL (pgvector 0.8.5) + Redis
docker compose --profile n8n  up -d    # n8n — yalnız yeni maşında lazımdır (port 5679)

Bu maşında artıq 5678 portunda işləyən n8n var (self-hosted-ai-starter-kit) — layihənin workflow-ları orada qurulur, ikinci n8n qaldırmağa ehtiyac yoxdur.

Docker-in disk image-i D:\DockerData qovluğuna köçürülüb (C: diskdə 11.7 GB azad oldu).

MCP — Claude Code / Cursor-dan istifadə

claude mcp add saytlupa -- "D:/SaytLupa/.venv/Scripts/python.exe" "D:/SaytLupa/backend/mcp_server.py"

PowerShell -- ayırıcısını udur (unknown option xətası verir) — bu əmri Git Bash-da və ya cmd-də işlət. Faylın tam yolu ilə çağırılır ki, hansı qovluqdan işə salınmasından asılı olmasın. Yoxlama: claude mcp listsaytlupa … ✔ Connected.

Tool

Nə edir

sayt_analiz_et(url, max_sehife)

analizi fonda başladır, analiz_id qaytarır

saytla_danis(sayt, sual)

RAG cavabı + mənbə linkləri (sayt = domen, ünvan və ya id)

saytlari_muqayise_et(sayt1, sayt2)

iki saytı yan-yana qoyur (sürət, texnologiya, SEO, AI rəyi)

MCP serveri özü iş görmür — işləyən FastAPI-yə HTTP sorğusu göndərir (API_URL, standart http://localhost:8000). Səbəb: crawler, embedding və LLM Claude Code-un işə saldığı kiçik prosesdə yox, serverdə işləməlidir. Server bağlıdırsa alət aydın mesaj qaytarır, susmur.

.env-də N8N_WEBHOOK_URL doldurulsa, sayt_analiz_et analizi n8n Workflow 1 üzərindən başladır.

Müqayisə həm REST-dədir (GET /api/muqayise?sayt1=asan.gov.az&sayt2=kontakt.az), həm də interfeysdə: analiz bitəndən sonra «⚖️ Başqa saytla müqayisə» kartı çıxır.

Tərəflərdən biri bot qoruması arxasındadırsa və ya brauzerdə çəkilirsə, saytın məzmunundan çıxarılan ölçülərdə üstünlük hökmü verilmir — həmin rəqəmlər yoxlama səhifəsinə və ya boş qabığa aiddir. Yalnız domen yaşı və sertifikat (saytın cavabından asılı olmayan mənbələr) müqayisə olunur, səbəb isə yazılır.

n8n — 4 workflow

JSON-lar n8n/ qovluğundadır. n8n-də Workflows → ⋯ → Import from File:

Fayl

Nə edir

Nə lazımdır

1-analiz-tetikleyici.json

Webhook POST /webhook/saytlupa-analiz → analiz → nəticə n8n_jurnal cədvəlinə

Postgres credential

2-reqib-izleme.json

Hər gün 09:00 → izlənən saytları yenidən gəzir → dəyişiklik varsa Telegram

Telegram credential

3-xeta-workflow.json

Digər workflow sınanda → job_errors + Telegram

Telegram credential

4-gemma-agenti.json

Webhook POST /webhook/saytlupa-agent → Gemma sualı təsnif edir → Switch uyğun endpoint-ə yönləndirir

Ollama credential

n8n konteynerdən FastAPI-yə http://host.docker.internal:8000 ünvanı ilə çıxır. 3-cü workflow-u digər üçünün Settings → Error workflow sahəsində seçmək lazımdır.

Dördü də 2026-07-29-da canlı n8n-də (port 5678) sınaqdan keçib: webhook → analiz → Postgres, cron → dəyişiklik → Telegram, xəta → job_errors → Telegram, təsnifat → üç budaq.

İzləməyə sayt qoymaq:

curl -X POST http://localhost:8000/api/izleme \
  -H "Content-Type: application/json" \
  -d "{\"site_id\": 1, \"cron\": \"0 9 * * *\", \"telegram_chat_id\": \"...\"}"

Endpoint

Nə edir

GET /api/izleme?min_saat=20

izlənən saytlar (təzə yoxlananlar süzülür)

POST /api/izleme · DELETE /api/izleme/{site_id}

izləməni açır / bağlayır

POST /api/izleme/{site_id}/yoxla

saytı yenidən gəzir, fərqi qaytarır

POST /api/xetalar · GET /api/xetalar

n8n Error Workflow-un jurnalı

Quruluş

backend/
  config.py       parametrlər (pydantic-settings)
  main.py         FastAPI — REST + SSE + WebSocket
  schemas.py      Pydantic modelləri
  db.py           SQLAlchemy — Postgres(pgvector) / SQLite fallback
  cache.py        Redis keş + fallback
  decorators.py   @cached, @retry, @timed, @safe_collector
  collectors/     9 analiz toplayıcısı + bot qoruması və JS saytı aşkarlanması
  crawler.py      sayt gəzişi (robots.txt, sitemap, BFS)
  metn.py         HTML → təmiz mətn + barmaq izi
  hadise.py       SSE üçün hadisə brokeri
  analiz.py       analiz axını (toplayıcılar → gəziş → RAG → baza)
  llm.py          Claude / Gemini / Gemma — vahid interfeys
  rag/chunker.py  mətnin parçalanması (800 simvol, 120 üst-üstə)
  rag/embedder.py Gemini embedding + lokal ehtiyat üsul + keş
  rag/store.py    pgvector + hibrid axtarış (vektor + açar söz, RRF)
  rag/reranker.py Gemma ilə yenidən sıralama (seçim edilə bilən)
  rag/memory.py   söhbət yaddaşı
  chains/model.py model fallback zənciri (Claude → Gemini → Gemma)
  chains/hesabat.py    LCEL: xam analiz → 6 bəndlik AI rəy (JSON sxemi ilə)
  chains/rag_cavab.py  LCEL: sual + mənbə + yaddaş → cavab
  chains/muasir.py     LCEL: analiz → tək fayllıq müasir HTML (Gemma-sız)
  prompts/        promptlar ayrıca (hesabat, rag, muasir)
  builder/kontekst.py  dörd təhvil düyməsi üçün ortaq məlumat və qovluqlar
  builder/muasir.py    ⚡ müasir versiyanı qurur və saxlayır
  builder/klon.py      🧬 ai-website-cloner üçün 5 araşdırma sənədi
  builder/arsiv.py     📦 səhifə arşivi (HTML + CSS + şəkillər, ZIP)
  builder/pdf.py       📄 PDF hesabat (reportlab, Azərbaycan şrifti ilə)
  izleme.py       sayt izləmə: barmaq izi müqayisəsi + iş xətaları jurnalı
  muqayise.py     iki saytın analizini yan-yana qoyur
  mcp_server.py   MCP serveri (stdio) — 3 tool Claude Code/Cursor-a verilir
frontend/         interfeys (HTML + JS)
n8n/              4 workflow JSON
tests/            pytest
docs/specs/       dizayn sənədi
storage/          yığılan səhifələr, arşivlər, PDF-lər
docs/ekran/       15 ekran görüntüsü (işləyən sistemdən)

Vəziyyət

Son yenilənmə: 2026-07-30 · 195 test keçir · hər üç model qoşuludur (Claude sonnet-5 · Gemini 3.6 flash · gemma3:4b)

Gün

İş

Status

1

Skelet: FastAPI, Pydantic, SQLAlchemy, Redis, Docker, dekoratorlar

2-3

9 collector + bot qoruması aşkarlanması

4

Crawler (robots.txt + sitemap) + səhifə saxlama + SSE canlı gedişat

5-6

RAG: chunking, embedding, pgvector, hibrid axtarış, re-ranking, yaddaş

7

LangChain / LCEL zəncirləri + promptlar

8

İnterfeys: nəticə səhifəsi, qrafiklər, söhbət pəncərəsi

9

Təhvil: müasir versiya · klon hazırlığı · arşiv · PDF

10

n8n (4 workflow + Gemma agenti) + izləmə xidməti

11

MCP serveri (3 tool) + sayt müqayisəsi + testlər

12

Sənədləşdirmə + 10 ekran görüntüsü + model ölçməsi

13

Müqayisə səhifəsi (interfeys) + etibarsız məlumatda hökm verilməməsi

14

Açıq/qaranlıq keçid düyməsi + opus ölçməsi + GitHub

15

Nümayiş ssenarisinin yoxlanışı (12 addım) + təhvilə hazırlıq

Etik qeyd

Bu alət öyrənmək, analiz və ilham üçündür. Crawler robots.txt-ə hörmət edir, sorğu tezliyi məhdudlaşdırılır. Analizdə heç vaxt uydurma rəqəm yazılmır — dəqiq bilinməyən məlumat "təxmini" işarəsi ilə verilir və ya boş saxlanılır.

F
license - not found
-
quality - not tested
B
maintenance

Maintenance

Maintainers
Response time
Release cycle
Releases (12mo)
Commit activity

Resources

Unclaimed servers have limited discoverability.

Looking for Admin?

If you are the server author, to access and configure the admin panel.

Related MCP Servers

View all related MCP servers

Related MCP Connectors

  • Screenshot, diff, audit and sitemap-capture any web page — 5 MCP tools for AI agents.

  • 100+ MCP tools for AI agents: content metadata, trade intelligence, business-expertise analysis.

  • Query any docs site via MCP. Submit a URL, ask questions, get cited answers.

View all MCP Connectors

Latest Blog Posts

MCP directory API

We provide all the information about MCP servers via our MCP API.

curl -X GET 'https://glama.ai/api/mcp/v1/servers/amilbexercin-tech/saytlupa'

If you have feedback or need assistance with the MCP directory API, please join our Discord server